USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Şəxsi hərbi şirkətin (PMC) təsisçisi Vaqner Yevgeni Priqojinin ofisinin yaxınlığında içərisində dörd milyard rubl olan "Qazel" tapılıb.
Bu barədə “Fontanka” məlumat yayıb.
Bildirilir ki, Sankt-Peterburqdakı Trezzini mehmanxanasında axtarış zamanı təhlükəsizlik işçiləri həyətyanı sahədə sahibi məlum olmayan ağ rəngli avtomobil aşkarlayıblar.
Partlayıcı əşyaların olub olmadığını yoxlanılarkən, beş minlik əskinaslarla dolu qutular tapılıb. Müstəntiqlərin fikrincə, qutularda təxminən dörd milyard rubl olub.