USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
"Vaqner" bölmələrinin Voronej vilayətinin ərazisindən çıxışı başa çatır.
Foto.info.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev öz Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, vəziyyət normaldır və fövqəladə hallar yoxdur.
Qusev bildirib: "Dəymiş ziyanın aradan qaldırılması və ödənilməsi üçün görəcəyimiz tədbirlər barədə əlavə məlumat verəcəyik. Mən bütün Voronej sakinlərinə dözümlülük, dəyanət və məntiqə görə, bütün hüquq-mühafizə orqanlarına və cəlb olunmuş idarələrə yaxşı əlaqələndirilmiş iş və peşəkarlığa görə təşəkkür edirəm”.