USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İyunun 12-də Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları, 1996-cı il təvəllüdlü Xermaza Bacir Hamza və 2002-ci il təvəllüdlü Cettuh Məhəmməd saxlanılıblar.
Foto.info.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumat yayıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.