USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Sabirabadda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var. Sabirabadda H.Əliyev prospektində avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
Məlumata görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü (şəxsiyyəti dəqiqləşdirilir - red) və sərnişin, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1971-ci il təvəllüdlü Ağamalıyeva Fəxrəndə Bəxtiyar qızı xəsarət alıblar.
F.Ağamalıyeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.