USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Tərtərin Dəmirçilər kəndini sel basıb.
Dağlardan gələn sel suları evlərə dolub. Fərdi təssərrüfatlara ciddi ziyan dəyib, əkin sahələri su altında qalıb.
Sel sularının qarşısını almaq üçün təxirəsalınmaz işlər görülür. Tərtər Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.
Güclü yağış və dolu Goranboy rayonunda da bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.
Goranboy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.