Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi başa çatıb.
Foto.info.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərpaşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib. Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca Azərpaşa Nemətovun da yaşayacağını qeyd edib. Xalq artisti Hacı İsmayılov Azərpaşa Nemətovun Azərbaycan teatı üçün səyləri barədə geniş söz açıb.
Çıxışlar bitdikdən sonra Azərpaşa Nemətovun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.
Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.