USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiyanın paytaxtı Moskva şəhərinin Xoroşevski məhkəməsi yeni növ koronavirus infeksiyasına qarşı “Sputnik V” peyvəndi hazırlayan virusoloqlardan biri olan Andrey Botikovu öldürməkdə təqsirli bilinən şəxsin həbs edilməsi barədə qərar çıxarıb.
Təqsirləndirilən Aleksey Zmanovski günahını etiraf edib.
İttiham tərəfinin sözlərinə görə, o, Roqova küçəsindəki şəxsi mənzilində mübahisə zəminində Botikovu kəmərlə boğub. Buna görə onu 15 ilə qədər həbs gözləyir.
Alim “Sputnik V” peyvəndi üçün patentin həmmüəllifi kimi Rusiya prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılıb. Peyvəndin yaradılmasında 18 alimi iştirak edib.