Meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkələrdə daha bir videosu ilə gündəm olub.
Meyxanaçının qohumunu qətlə yetirən Rəşad Dağlıya meyxana həsr edib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Yasamallı həmkarı haqqında, "İnşallah, Rəşadın da qapısını açar ilahi. Mən də bu niyyətdəyəm, sən də o niyyətdəsən”, - sözlərini söyləyib.
Xatırladaq ki, Rəşad Dağlı ötən ilin noyabrın 9-u saat 5 radələrində Qaradağ rayonu ərazisində qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.