USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri - Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən saxlanılan şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.