USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Foto.info.az "Report"-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Quliyev Emin Baxış oğlu idarəetdiyi "KİA Rio" markalı minik avtomobilini aşırıb.
Qəza nəticəsində sürücü və onun sərnişini, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Qulu Qurban oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.