Ermənistan hakimiyyəti müxtəlif manipulyasiyalarla "ərazi itkiləri" məsələsini ikinci və üçüncü plana daşımağa çalışır.
Bunu “Mənim şərəfim” blokundan deputat Tiqran Abramyan parlamentdə bildirib.
Bundan əvvəl Ermənistanın iki post itirdiyi məlum olub.
Deputat erməni tərəfinin hansı itkilərə məruz qaldığını da təşvişlə vurğulayıb.
Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan Rusiya Müdafiə Nazirliyinin demarkasiya prosesinə hazırlığa başlamaq təklifini səsləndirməklə Ermənistan-Rusiya münasibətlərinin uyğunlaşdırılmasının getdiyi görüntüsünü yaradır.
Deputatın fikrincə, əslində problem həll olunmayıb və Azərbaycan hərbçilərinin hərbi əməliyyatların bərpası riskləri davam edir.
"2-3 ildən sonra Azərbaycanın heç bir delimitasiya və demarkasiyaya ehtiyacı olmayacaq, çünki o, istədiyini güc yolu ilə əldə edəcək".