USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib.
Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, o, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.
Musa Musayev məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.
Qeyd edək ki, Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir.