USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzurda çəkilən avtomobil yollarının xəritəsini açıqlayıb.
Agentlikdən verilən məlumata görə, hazırda 101 kilometrlik Zəfər yolunun tikintisi ilə yanaşı 81,6 Əhmədbəyli-Füzuli-Şuşa, 80,7 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu, 72,3 kilometrlik Kəlbəcər-Laçın, 123,8 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yollarının tikintisi davam etdirilir.
Həmçinin 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı, 83 kilometrlik Xudafərin-Qubadlı-Laçın, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut və 45 kilometrlik Bərdə-Ağdam avtomobil yolları tikilməkdədir.