USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Milli Məclisin deputatları tətildən qayıdıblar.
Foto.info.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
MM-in komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.
Qeyd edək ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u cümə axşamı gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.