Elnur Məmmədovun XIN müavini təyin olunması ilə bağlı sərəncam imzalanıb. Elnur Məmmədov bu təyinata kimi XIN -də ümumi katibliyin rəisi vəzifəsinə gətirilmişdir. Nazir Ceyhun Bayramovun yaxın və güvənli kadrlarından sayılan yeni nazir müavini daha əvvəllər Təhsil Nazirinin müşaviri olub.