Elmar Məmmədyarov istefa verib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.
Əldə etdiyimiz məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir. Məlumat rəsmi təsdiqlənmədiyi üçün yeni XİN rəhbərinin adını açıqlamırıq.
Prezidentin həm sabiq, həm də yeni naziri qəbul etdiyi bildirilir.
Ovqat.com-un məlumatına görə, yeni nazir kimi iki namizədin adı çəkilir: Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov. Pərviz müəllimin daha şanslı olduğu xəbər verilir.
foto.info.az-a daxil olan məlumatda isə deyilir ki, Energetika Nazirliyinin ümumiyyətlə ləğv olunaraq "Azenerji"yə birləşdirilməsi və nazir Pərviz Şahbazovun da XİN-ə başçı gətiriləcəyi gözlənilir.