Tanınmış politoloq Umuxanım Hüseynzadə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özorala müracət ünvanlayıb. Hurriyyet.org həmin müraciəti olduöğu kimi dərc edir:
“Hörmətli Cənab Səfir!
Övladları hazırda Türkiyə Respublikasının Alanya şəhərində yaşayan və 4 aydan çoxdur ki, onların həsrətinə məhkum olmuş tələbə anası kimi şəxsinizə müraciət edirəm.
Türkiyə Respublikasının müxətlif şəhərlərində təhsil alan, uzun müddətdir ki, valdeyinlərini görməyən, maddi və mənəvi sıxıntıları günbəgün artan övladlarımızın bizə ehtiyacı dözülməz həddə çatıb. Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar olaraq Türkiyə-Azərbaycan quru sərhədinin qapalı olması bu baxımdan əsas əngələ, ciddi problemə çevrilib.
Bir valdeyin olaraq daha bu vəziyyətə dözə bilmədiyimi nəzərinizə çatdırmaq istəyirəm. Mənim, eləcə də mənim kimi valdeyinlərin öz övladlarının yanında olmasına ehtiyacı çox böyükdür. Onların əksəriyyəti maddi baxımdan həmişə quru yolundan istifadə edən ana və atalardır. Siz də bir valdeyinsiniz. Əminəm ki, bir valdeyin kimi məni və mənim durumumda olan ana-ataları başa düşmək sizin üçün heç də çətin olmaz. Odur ki, Türkiyə-Azərbaycan arasında quru sərhədlərinin mümkün qədər tez açılması üçün səlahiyyətlərinizdən maksimum dərəcədə istifadə etməyinizi bir ana kimi sizdən rica edir və köməyinizə arxalanaraq əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm”. //Hurriyyet.org//