“İran nəinki Ukraynaya “qara qutu”nu qaytarmır, eyni zamanda, digər vədlərinə də əməl etmir”.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Tehran Ukraynanın İran tərəfindən yanvar ayında vurulan “Boeing” təyyarəsindəki ölümünün araşdırılması və fəlakətlə əlaqəli ikitərəfli əməkdaşlıq etməsə, Kiyev beynəlxalq məhkəmə qurumlarına müraciət edəcək:
“Məsələ yalnız “qara qutu”ları bizə qaytarmamaları deyil, digər vədlərinə də əməl etməmələridir. Onlar rəsmən üzr istəməli, layiqli təzminat ödəməli, vədlərinə əməl etməlidirlər. Bu, baş verməzsə, seçimimiz qalmayacaq - beynəlxalq məhkəmələrə müraciət edəcəyik və İran bizim mövqeyimizi bilir”.
Zelenski Ukraynanın hansı beynəlxalq məhkəməyə müraciət etmək istədiyini açıqlamayıb.
O qeyd edib ki, İran vədlərin yerinə yetirilməsinin gecikməsini koronavirus pandemiyasının nəticələri ilə izah edir:
“Bu problemi qeyri-müəyyən müddətə təxirə salmaq olmaz, çünki biz kifayət qədər gözləmişik”.