“Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası qeyri-konstitusion elan edildikdən sonra ölkə parlamentində siyasi birlikdən olan deputatların mandatı ləğv ediləcək”.
TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Konstitusiyamıza əsasən mandatı yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Düşünürəm ki, mandatların ləğv edilməsi sözügedən partiyanın qadağan edilməsinin məntiqi davamı olardı. Cinayətkar partiyanın nümayəndələri Gürcüstan parlamentinin üzvü statusundan istifadə etməməlidirlər”, - deyə Kobaxidze qeyd edib.
Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyasının əsasını Gürcüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili qoyub.