USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
"Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb".
Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi, həmçinin, rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana verdiyini bildirib.