USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiyanın Tambov vilayətindəki Platonovskaya neft bazasındakı yanğın pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verib.
Bu barədə regionun rəhbəri Maksim Eqorov Telegram kanalında məlumat verib.
“Bu gün səhər saatlarında Tambov vilayətinin Rasskazovski bələdiyyə rayonundakı Platonovskaya neft anbarının ərazisində partlayış baş verib. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələri cəlb edilib”.
Rayon rəhbəri onu da bildirib ki, PUA-nın qalıqları Pervomayski rayonunda tapılıb, pilotsuz uçan aparat havada partlayıb, itki yoxdur.