USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Xalq artisti Samir Cəfərov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Foto.info.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sosial şəbəkədə medalının fotosunu paylaşan sənətçi bunları yazıb:
"Dostlar, dünən Prezidentimiz, cənab İlham Əliyevin Sərəncamına əsasən, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medalı ilə təltif olundum. Etimada görə dərin minnətdarlığımı bildirirəm".