Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 31 avqust 2023-cü il tarixində Şəki şəhərində, Nazirliyin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şəki və Qax rayonlarının sakinlərinin qəbulunu keçirib.
Naziri tərəfindən qəbul edilən Şəki və Qax rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.