USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqini iyunun 19-na qədər təxirə salıblar.
TASS xəbər verir ki, bu barədə avropalı diplomatik mənbə məlumat verib.
“Səfirlər 11-ci sanksiyalar paketinin müzakirəsində irəliləyiş əldə ediblər, lakin hələ də yekunlaşdırılmalı olan bir neçə element var. Növbəti müzakirə gələn həftə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında aparılmalıdır”, - diplomat bildirib.