Pakistan polisi keçmiş baş nazir İmran Xana qarşı təxribat işi açılmasını istəyən vəkilin dünən öldürülməsi ilə bağlı hazırladığı hesabatda Xanı “qətli təhrik edən şəxs” kimi göstərib.
“Euronews” -un xəbərinə görə, naməlum silahlıların hücumuna məruz qalan vəkil Əbdürrəzaq parlamentin etimadsızlıq səsverməsi nəticəsində hökumətin buraxılması ilə bağlı Xan haqqında təhrik iddiası açılması üçün məhkəməyə müraciət edib.
Bildirilir ki, Əbdürrəzaqın vəkil oğlu Sirac Əhməd polisə verdiyi ifadəsində keçmiş baş nazirin atasının naməlum şəxslər tərəfindən öldürülməsinə təhrik etdiyini deyib, lakin atəş açanlarla Xan arasında hansı əlaqənin olduğu bəlli deyil.
İmran Xan isə canlı yayımda ona qarşı irəli sürülən ittihamları rədd edib, özünə qarşı qaldırılan digər 16 iş üzrə zaminə pulsuz baxılmasını tələb edəcəyini bildirib.
Vəkilin qətlində ittihamlanmayan Xan açılan bütün cinayət işlərinin müxalifləri tərəfindən uydurulduğunu əsas gətirərək rədd edir.
Əyalət hökumətinin sözçüsü bildirib ki, qətl işi məhkəməyə gedərsə, Xan rəsmi ittihamlarla üzləşə bilər.
Qeyd edək ki, Xan mayın 9-da korrupsiya ittihamı ilə həbs olunduqdan sonra onu dəstəkləyən etirazçıları hərbçilərə qarşı zorakılığa təhrik etməkdə ittiham olunaraq zaminə buraxılıb. Ordunu və kəşfiyyat təşkilatını partiyasını məhv etmək cəhdində açıq şəkildə günahlandıran Xan, hərbi məhkəmə tərəfindən mühakimə olunacağına və həbs ediləcəyinə"şübhə qalmadığını söyləyib.