USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Əfqanıstandakı humanitar böhran dünyanın ən böyük humanitar fəlakətidir”.
Bunu BMT-nin Baş katibi Antoniu Quterreş Dohada Əfqanıstan üzrə xüsusi nümayəndələrin görüşündən sonra jurnalistlərə bildirib.
“Əfqanların 97%-i yoxsulluq içində yaşayır. Əhalinin üçdə ikisinin - 28 milyonunun sağ qalmaq üçün bu il humanitar yardıma ehtiyacı olacaq”, - o vurğulayıb.
O qeyd edib ki, 6 milyon əfqanıstanlı uşaq, qadın və kişi aclıqdan ölmək təhdidi ilə üz-üzədir: “Bu məqsədlə 4,6 milyard dollar toplamalıyıq. Amma cəmi 294 milyon dollar əldə edə bilmişik. Bu, lazım olan ümumi məbləğin 6,4%-ni təşkil edir”.