USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.
Hazırda bölmədə yoxlamalar davam etdirilir.
Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.