USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Qazaxıstan yanvarda Almaniyaya ilk 20 min ton neft göndərməyi planlaşdırır.
Bu barədə Qazaxıstanın energetika naziri Bolat Akçulakov "TASS -a danışıb.
“Hazırda birinci partiya 20 min tondur, hələlik 1,5 milyon tonadək nəzərdə tutulur. 6 milyon tona qədər tələb olunan ümumi tutumu tədarük edə bilərik. Tələbat, sözsüz ki, Almaniyada daha yüksəkdir”, - B. Akçulakov yanvarda Almaniyaya neft tədarükü ilə bağlı sualı cavablandırarkən açıqlayıb.
Xatırladaq ki, ötən ilin dekabrında “KazTransOil” 2023-cü ildə 1,2 milyon ton Qazaxıstan neftinin “Transneft”in magistral kəmərlər sistemi ilə Almaniyaya nəqli üçün müraciət göndərib.