“ADIPEC 2022” Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı öz işinə başlayıb.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman çıxışında Səudiyyə Ərəbistanı və BƏƏ-bərpa olunan enerjinin istehsalı və artırılması, eləcə də neft və neft kimya sənayesinin inkişaf etdirilməsində birgə addımlar atır.
Nazir bu istiqamətdə emal gücünü artırmaq və neft-kimya məhsullarına çevirmək üzərində çalışdıqlarını vurğulayıb.
Nazir qeyd edib ki, "Biz və Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən böyük neft istehsalçıları kimi əməkdaşlığımızı gələcəyin enerji təhlükəsizliyi və enerji balansını müəyyən etmək üçün birgə əməkdaşlıq edəcəyik".
Şahzadə Əbdüləziz bin Salman öz münasibətlərində iqlim deyişikliyi və enerji təhkükəsizliyi istiqamətində bərabər addım atmalarını "əkiz dövlətlər" kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanının energetika naziri çıxışına əlavə edərək deyib: "Krallıq və BƏƏ neft və neft emalı zavodlarında kimyəvi maddələrin artırılması istiqamətində emal gücümüzü artırırıq. Biz bu gün və gələcəkdə enerji balansının sabitliyi və inkişafına çalışırıq".
“ADIPEC 2022” Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransının fəaliyyəti 31 oktyabr 3 noyabr 2022-ci il tarixinədək davam edəcək.
Sərgidə 40 ölkənin energetika naziri və enerji sektorunun rəhbərləri iştirak edir.