Səfərbərlik etirazları normaldır. Camaat onlar üçün mənasız döyüşdə ölmək istəmir. Amma bunun hakimiyyət üçün böyük təhlükə olacağını zənn etmirəm.
Bunu Rusiyada qismən səfərbərliyin elan olunması münasibətində açıqlamasında politoloq Elman Vəliyev deyib.
Politoloq qeyd edib ki, səfərbərlik üçün yığılanlar başqa xalqın nümayəndələri olub, sonradan rus vətəndaşlığını qəbul edənlərdi: "Rusiya bir alyansa qarşı mübarizə aparır. Amerika Rusiyanın ətrafındakıları hədəf alıb. Qərb Rusiyaya arxa çevirib. Əlaqələri üzməyən İran, Çin, Hindistan, Türkiyə kimi dövlətlərdə də problemlər yaranıb. Bu problemlər təbii olaraq deyil, suni olaraq yaradılıb. Amerikanın böyük payı vardır. CİA buradakıların başını necə qatmaq olar yaxşı bilir. Putinin geri addım atması imicinə ziyandır. İrəli addım atması isə kreslosuna ziyandır. Rusiyanı nüvə müharibəsinə təhrik edirlər. Bunu Kreml açıq deyir. Ukrayna konfliktini uzatmaq planın önəmli hissəsidir. Rusiyanın başını burada qatmaqla digər siyasi aktorlara müdaxilə etmək asan olur. Putinin istəyinə gəldikdə isə deyə bilərəm ki, bu çox da mümkün olmayacaq. Putinin kresloda uzunmüddətli qalma ehtimalı belə çox deyil. Amma Rusiyanın zəifləməsi həm də Aİ-nin zəifləməsi deməkdir. Amerika bunu istəsə də, Qərb istəmir. Bir düşünsək ki, Putin əmr verdi ki, tutduqlarımız ərazilərdən geri çəkilin. Bu nəyi dəyişəcək? Rusiyaya qarşı yumşalmalar ola bilər. Amma bu dəfə də Moskva dünyanın gözündə "xəstə adam" gözündə görünəcək. Daxili auditorlar deyəcək ki, geri çəkiləcəkdin, tutduqladını geri verəcəkdinsə, niyə müharibə edirdin. Yəni Putin geri çəkilin əmrini verməz. Amma artıq yeni dünya nizamı qurulur. Evanjelistlər dünyanın sonunun gəlməsinə cəhd edirlər. Onlar dünyanın və cənnətin tək sahibləri olduqları ideologiyası ilə siyasət yeridirlər. Rusiya panslavizim tərəfdarıdır. Hardasa, fikirləri üst-üstəm düşür. Amma bu kəsimlər öz ağalıqlarının olmasını istəyirlər. Yəni əgər dünya və cənnət yəhudlərin və sionist xristianların olacaqsa, bunlar bizlər olmalıyıq, nəinki Rusiya!".