Ermənistanın Azərbaycanla qisa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbaycan üçün qəbuledilməzdir və bununla da rəsmi Yerevanın real sülhə gəlməsi polimikadır.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, Ermənistanın bəndlik təklifləri xüsusi tapşırıqlar üzrə elçisi Edmon Marukyan qeyd edir ki, Qarabağın statusu və xalqların müqəddaratı danışıqlarda prioritet olmalıdır:
"Ermənistanın təklif etdiyi 3-cü bənddə isə deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə “Dağlıq Qarabağın” yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir.
Göründüyü kimi Paşinyan daxildə müxalifətin etirazlarından çəkinərək belə bir bəndi danışıqlara gətirib. Həmçinin Minsk qrupunun fəaliyyəti də qeyd edilir. Təbii ki, Ermənistanın bu mövqeyi qəbuledilməzdir. Azərbaycan tərəfi Ermənistanı növbəti dəfə danışıqlarda praqmatik mövqe tutmaq üçün dövlət sərhəddində güc tətbiq etməlidir. Bununla erməni müxalifəti və Paşinyan da reallıqları qəbul etsin.
Danışıqları bu istiqamətdə aparmaq qeyri-mümkündür və Ermənistan hakimiyyəti Qarabağ deyib duracaqsa, sülh üçün bütün qapılar bağlanmalıdır".