“8 gündən sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova apellyasiya şikayətimə baxacaq. Həbsdə qaldığım 5,5 il müddətinə görə 53 min 757 manatlıq maddi kompensasiya tələbimi ötən il göndərmişdim. Amma bu ilin fevralında Nəsimi Məhkəməsi (hakim Rəşid Səmədov) onu rədd elədi. Görək Apellyasiya Məhkəməsi nə deyəcək”.
Modern.az-ın məlumatına görə, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov bildirib. O, məhkəmə iclasının 12 may tarixinə təyin olunduğunu qeyd edib.
“Əvvəlki kompensasiya ancaq mənəvi zərərə görə idi. Onu təyin edəndə Ali Məhkəmənin Plenumu öz qərarına həm də yazdı ki, mənəvi kompensasiyanı veririk, amma maddi kompensasiyanı aşağı məhkəmələrdən istəməlisiniz. Buna əsasən iddiamı aşağı məhkəməyə təqdim edəndə isə imtina cavabı aldım”.