USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında hər hansı sənədin imzalanacağına inanmıram.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan İrəvanda mitinqdə çıxışı zamanı deyib.
Sərkisyan onu da bildirib ki, aksiya iştirakçılarının gələcək addımları Brüsseldə əldə olunacaq razılaşmalardan asılıdır.
O, özünün və sələflərinin son onilliklərdə münaqişəni həll edə bilməməsi ilə bağlı ittihamlara da cavab verib. Onun sözlərinə görə, belə mürəkkəb məsələlər 30-40 ildə həll olunmur.