USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb.
“foto.info.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb, 5 285 pasiyent dünyasını dəyişib.
Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 6 540 222 nəfərdə koronavirus aşkarlanıb, 283 357 pasiyentin müalicəsi müsbət nəticələnməyib.