USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Qüsursuz dəriyə sahib olmaq üçün badamdan istifadə edə bilərsiniz. Badam dərinizin elastikliyini qoruyan E vitamini ilə zəngindir.
foto.info.az dərinizdəki səpkilərin, qara nöqtələrin və gözənəklərin kiçilməsində müsbət rolu olan badam maskasını təqdim edir.
Ərzaqlar:
Fincan yarım badam
1 yemək qaşığı bal
1 çay qaşığı limon suyu
Hazırlanma qaydası:
Badamları bir gecə suda saxlayın. Daha sonra isə qabıqlarını soyub, əzin. Digər ərzaqlar ilə qarışdırıb alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Ardınca üzünüzü soyuq su ilə durulayın.