USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Gürcüstanın “Georgian Airways” aviaşirkəti 150 milyon dollara satılır.
Bu barədə şirkətin keçmiş baş direktoru Roman Bokeriyanın rəhbərlik etdiyi “Georgian Business Brokerage” şirkətinin bəyanatında deyilir.
Bir müddət əvvəl “Georgian Airways”in müflisləşməsi və reabilitasiyası elan edilib. Məlum olub ki, şirkətin 16 min sərnişinə və onlarla başqa şirkətə 176 milyon lari borcu var. Tbilisi Şəhər Məhkəməsi Gürcüstan aviadaşıyıcısı üçün iflas/reabilitasiya prosedurunun başlanması barədə qərar qəbul edib.
İctimai reyestr səhifəsində dərc olunan məhkəmə qərarına əsasən, aviaşirkətin maliyyə böhranına koronavirus və sərhədlərin bağlanması səbəb olub.