USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Foto.info.az AZƏRTAC -a istinadən xəbər verir ki, keçən il Azərbaycanda ən çox idxal əməliyyatları sentyabr ayında aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,5 milyon ABŞ dolları, yanvarda 721 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən il ölkədə idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.