USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
"Neftçi" klubu Çempionluq Kuboku ilə təltif olunduqdan sonra II Fəxri Xiyabana yollanıb.
Avrasiya.net xəbər verir ki, kollektiv komandanın azarkeşləri, Vətən müharibəsi şəhidləri mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını ziyarət edib. Onlar özləri ilə götürdükləri kuboku şəhid hərbçinin məzarı üstünə qoyaraq, ruhuna dualar oxuyublar.
Ziyarətdə klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, Samir Abasovun rəhbərlik etdiyi məşqçilər heyəti və bütün futbolçular iştirak edib.