“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin I turunda “Tottenhem”ə 3:0 hesabı ilə məğlub olub.
Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında uzun tıxacda qalmalarının oyuna təsir etdiyini açıqlayıb.
Məşhur idman jurnalisti Fabritsio Romano azərbaycanlı mütəxəssisin fikirlərini “Qarabağ”ın baş məşqçisi Qurbanov “Tottenhem”lə matç öncəsi tıxaca əsəbiləşib!” başlığı ilə paylaşıb.
Q. Qurbanov deyib:
“Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qalmısınız. Mən buna bəhanə gətirə bilmərəm, ancaq belə olmamalı idi və bizi müşayiət edən polis yox idi. Bu, oyunçularımıza böyük təsir göstərdi. Rəqibimiz yaxşı komandadır. Gələn kimi bizə dedilər ki, 40 dəqiqədən sonra oyuna başlayaq və biz lazım olan qədər hazır deyildik. Bunlar baş verməməlidir”.