USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Paris Olimpiyadasını 7 medalla başa virdu.
2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
Yarış cədvəlində Azərbaycan Xorvatiya ilə 30-cu yeri bir bölüşüb.
Yığmamızın qərarlaşdığı 30-cu yer, olimpiadalar tarixində ən yaxşı nəticə kimi tarixə düşüb. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012-nin Yay Olimpiya Oyunlarındakı nəticələrini üstələyib.
Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş,
Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.