Örən gün AÇ 2024 çərçivəsində Portuqaliya yığması Sloveniya yığmasını qəbul edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb, Ronaldo penaltini qola çevirə bilməyib.
Slovananiya komandasının oyunçuları da Portuqal yığmasının oyunçularının buraxdığı səhvləri qola çevirə bilməyib.
Penaltilər seriyası 3:0 hesabı ilə başa çatıb. 1/4 finalda Portuqaliya Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 5-də baş tutacaq.
Oyundan sonra Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının karyerasında sonuncu belə turnir olacağını açıqlayıb.
Futbolçunun sözlərini X sosial şəbəkəsində jurnalist Fabrizio Romanov sitat gətirib.
“Bu, əlbəttə ki, mənim son avrom olacaq. Amma bu məni narahat etmir, məni hərəkətə gətirən həvəsdir. Azarkeşlər üçün pis oldum. Darıxsam da, olmasam da, bu köynək üçün hər zaman hər şeyimi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”, - Ronaldo bildirib.
Portuqaliyalı hücumçu karyerası ərzində altı Avropa çempionatında çıxış edən tarixdə ilk futbolçu olub.