USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili "Yaşıl bazar"ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.