Redaksiyamıza müraciət edən Zeynalov Hacının xahişini diqqətinizə çatdırırıq:
Əslən Füzuli rayonunun Aşağı Seyid Əhmədli kəndindən olan 01.07.1974-cü il təvəllüdlü Zeynalov Nahid Dərgah oğlu 28.01.1994-cü illərdə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə Babək 44 taborunda döyüşüb və həmin illərdə itkin düşüb. O vaxtdan bu günə qədər onun taleyi haqqında heç bir məlumat yoxdur. Yaxınlarının dediklərinə görə Nahid, dəfələrlə döyüşlərdə böyük qəhramanlıqlar göstərib. Həmin illərdə Nahidin komandiri ona evə məzuniyyət vermək istəsə də, Nahid məzuniyyətdən imtina edib və döyüşmək istədiyini bildirib. Sonralar Nahidin yaxınları ondan məlumat almadıqda onu axtarmağa başlayıblar.
Redaksiyamıza müraciətlərində Hacı Zeynalov bu barədə Qırmızı Xaç Komitəsinə də müraciət etdiklərini, lakin, Qırmızı Xaç Komitəsindən də onun barəsində hər hansı bir məlumat ala bilmədiklərini qeyd edib.
Zeynalov Nahidi tanıyanlar, onunla bərabər Babək 44 taborunda döyüşənlərdən, onun taleyi ilə bağlı hər hansı bir məlumata malik olan şəxslərdən yaxınlarına məlumat vermələri xahiş olunur.
BABƏK 44 TABORUNUN MƏZARSIZ ŞƏHİDLƏRİ...
Hacı Zeynalov - (+994 50 331 31 48) - Zeynalov Nahidin əmisi oğlu