USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində oğurluq hadisəsi törədilib.
Bu barədə foto.info.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Naməlum şəxslər qapı kilidini açaraq, 1941-ci il təvəllüdlü Vaqif Hüseynovun evinə daxil olublar, seyfdən 1 500 manat və 2 100 ABŞ dolları həcmində pul oğurlayıblar. Faktla bağlı heç kim tutulmayıb.
30-cu Polis Bölməsinin əməkdaşları bu istiqamətdə zəruri tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, iyunun 14-də Yasamal rayonunda naməlum şəxslər Mustafa Sübhi küçəsində yerləşən avtoservisdəki seyfi doğrayaraq, oradan 1 600 manat pul oğurlayıblar. Bu cinayətin də üstü hələlik açılmayıb.