USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İraqın paytaxtı Bağdadın mərkəzinə, ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya raket düşüb.
“foto.info.az” xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi İraqın təhlükəsizlik orqanlarındakı mənbə bildirib.
"Bu yaxınlarda “ yaşıl zona”nın Amerika səfirliyinə yaxın hissəsində raketin düşməsi nəticəsində partlayış baş verdi. "Yaşıl zonada" sirenalar işə salındı”, - müsahib agentliyə deyib.
Hadisə zamanı ölənlər və ya maddi ziyan barədə bildirilmir.
İraqın təhlükəsizlik orqanları “Twitter”də qeyd edib ki, raket "yaşıl zona”dan şərqdəki “Xalq” stadionu yaxınlığında buraxılıb.