USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Binə qəsəbə sakininin avtomobilində beşbarmaq və digər soyuq silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini B.Əsgərovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı bir ədəd beşbarmaq, bir ədəd elektroşok və iki ədəd bıçaq aşkar edilərək götürülüb.