USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Bu barədə Foto.info.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin", - rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, minaya düşərək şəhid olan hərbçi Kamran Hüseynov Neftçala sakinidir. O, 1995-ci il təvəllüdlüdür, evin tək oğlu olub.