USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Elvin Elşən oğlu Şəriflinin anası Zeynəb Səfər qızı Haqverdiyeva ilə görüşüb.
Axar.az xəbər verir ki, millət vəkili şəhid anasını düşmən üzərində tarixi qələbə və torpaqlarımızın azad olunması münasibətilə təbrik edib.
“Bilirik ki, həyat yoldaşınız I Qarabağ müharibəsi vaxtı minaya düşüb, bədənindəki qəlpələr bugünədək qalmaqdadır. Sizin həyatda qalmış yeganə övladınız Elşanənin həyat yoldaşı da hazırda həqiqi hərbi xidmətdədir. Bütün bunlar sizin ailəlikcə vətəncanlı olduğunuzu çox parlaq şəkildə göstərir”, - deyə millət vəkili bildirib.
Q.Paşayeva şəhid anasına üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı hədiyyə edib.