Yanvar ayı ərzində Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əsginazların dövriyyəyə buraxılması nəzərdə tutulur. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bildirilib ki, yenilənmiş əsginazların dizayn və müdafiə sistemlərində mövcud konsepsiya çərçivəsində yeni texnologiyalar və innovasiyalar tətbiq edilib. Mərkəzi Bankdan bildiriblər ki, yenilənmiş 1, 5 və 50 manatlıq əsginazlar hazırda mövcud olan eyni dəyərli əsginazlarla paralel olaraq dövriyyədə olacaq.
Yenilənmiş əsginazlarda müdafiə elementləri qismində 3D effeti ilə hərəkət edən və rəngini dəyişən "RollingStar Lead"holoqramı, dinamik işıq effekti və rəng təsvirləri olan "Spark Live" elementi, Azərbaycanın dövlət gerbi və nominal dəyərin təsvir olunduğu su nişanı, görmə məhdudiyyətli şəxslər üçün əsginazın dəyərini və həqiqiliyini tanımağa imkan verən qabardılmış xətt elementləri, əsginazın əks tərəfinin müasir trendlərə uyğun olaraq şaquli dizaynı və digər elementlərdən istifadə olunub.