Almaniyanın Vulfen şəhərində Beynəlxalq Döyüş Sənəti Assosiasiyasının (Martial Arts Association-International) təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Döyüş Sənətləri Günü keçirilib. Dünya Sudo Federasiyasının prezidenti Dr.Sabir Süleyman da bu tədbirdə iştirak edib. Müxtəlif ölkələrdən gələn döyüş növləri üzrə federasiya və təşkilatların rəhbərlərinin, veteranlarının iştirakı ilə Dr.Sabir Süleyman sudo idman növünə aid seminar keçib. Seminar nəticəsində bir çox təşkilat Dünya Sudo Federasiyasına üzv olmaq üçün müraciət edib.
Tədbir əsnasında Dr.Sabir Süleymanın "Genius Sudo" (Sudo dahisi) kitabının təqdimat mərasimi də olub.
Martial Arts Association-International təşkilatının rəhbəri Bernd Höhle öz çıxışında sudo idman növünə xüsusi yer ayırıb.
Sudo dünyada Azərbaycana aid döyüş növü kimi bilinir və Almaniya İdman Nazirliyi tərəfindən 2016-cı ildən rəsmi tanınır.